"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Sevilya" ilə qarşılaşacaq. Matc.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya biletlər demək olar ki, tükənib. 
 
Ağdam klubunun "Facebook" hesabında bir neçə saat öncə yayılan məlumata görə, bu oyuna cəmi 2 min bilet qalıb. Satışa çıxarılan 30 min biletin 28 mindən çoxu satılıb.
 
Qeyd edək ki, sentyabrın 19-da keçiriləcək "Qarabağ" – "Sevilya" oyununa saat 20:55-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest