çempionlar Liqasının qrup mərhələsində "Napoli"nin qonağı olan "Liverpul" turnirə məğlubiyyətlə başlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qırmızılar" son çempion kimi, yeni mövsümə yenilgi ilə başlayan ikinci komanda olub.

Axırıncı dəfə "Milan" çL-in qalibi olduqdan sonra 1994-95 mövsümünə "Ayaks"a uduzmuşdu - 0:2. "Rossonyerlər"dən 25 il sonra "Liverpul" eyni aqibətlə üzləşib.

Qeyd edək ki, "Napoli" son 10 dəqiqədə vurduğu qollarla 2:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest