"Barselona" çempionlar Liqasına Dortmund səfərində qolsuz bərabərliklə başlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubunun hücumçusu Luis Suares yenə qol həsrətinə son qoya bilməyib.

Məsələ burasındadı ki, uruqvaylı forvard çempionlar Liqasında yenə səfər oyununda fərqlənə bilməyib. O, artıq 4 ildi ki, bu uğursuz seriyanı davam etdirir. 32 yaşlı hücumçu sonuncu dəfə 2015-ci ilin sentyabr ayında səfər qoluna sevinib.

Qeyd edək ki, dünən "Barselona"nın heyətində 250-ci oyununa çıxan Luis Suares indiyə qədər 179 qol, 86 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest