çempionlar Liqasında qrup mərhələsinin ilk turu geridə qalıb. Matc.az saytı xəbər verir ki, UEFA birinci turun ən yaxşı qoluna namizədləri müəyyənləşdirib.

"Yuventus"un yarımmüdafiəçisi Xuan Kuadradonun "Atletiko"ya, "Ayaks"ın müdafiəçisi Edson Alvaresin "Lill"ə, "Tottenhem"in yarımmüdafiəçisi Lukas Mouranın "Olimpiakos"a və PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariyanın "Real"a vurduğu qol ən yaxşıya iddiaçıdı.

Qeyd edək ki, çL-in ilk turunda 45 qol vurulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest