çempionlar Liqasının qrup mərhələsində "Srvena Zvezda"nı öz meydanında 3:0 hesabı ilə məğlub edən "Bavariya" yeni rekord müəyyənləşdirib. Matc.az saytının məlumatına görə, Münhen klubu 16-cı dəfə çL-ə qələbə ilə başlamaqla buna nail olub.

Bu qarşılaşmada qollardan birinin müəllifi olan hücumçu Robert Levandovski isə ardıcıl 4-cü dəfə start matçında fərqlənib. Bu, həm də polşalı forvardın Bundesliqa çempionunun heyətində bütün turnirlərdə 200-cü qolu olub. O, bunu 249 görüşdə reallaşdırıb.

Qeyd edək ki, 2014-cü ildən "Bavariya"da çıxış edən Robert Levandovskinin klubla müqavilə müddəti 2023-cü ilə qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest