çempionlar Liqasının qrup mərhələsində ilk oyununu "Atletiko"ya qarşı keçirən "Yuventus" səfərdən 2:2 hesablı bərabərliklə dönüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu qarşılaşmada bir epizod xüsusi diqqət cəlb edib.

Belə ki, "Atletiko"lu fanatların durmadan fitə basdığı "qoca sinyora"nın hücumçusu Kriştianu Ronaldo oyunun gedişində onlara əl hərəkəti ilə jest edib. O, görüşdən sonra bunun mənasını açıqlayıb: "öyrənin, sizin öyrənməyə ehtiyacınız var".

Qeyd edək ki, ötən mövsüm də Ronaldo ilə "Atletiko" fanatları arasında gərginlik yaşanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest