“Sumqayıt” tezliklə baş məşqçi dəyişikliyinə gedə bilər. Komandanın nəticələri rəhbərliyi qane etmir. Matc.az xəbər verir ki, “kimyaçılar”  Premyer Liqada keçirdiyi ilk 5 oyunda cəmi 2 xal toplayıb. Bu isə portuqaliyalı baş məşqçi Filipe Kandidodan böyük gözləntiləri olan klub rəhbərliyini narazı salır.
 
Düzdür, məğlubiyyətlər iddialı rəqiblərdən alınıb. Evdə “Şamaxı”, Gəncədə “Kəpəz”lə heç-heçəni də normal nəticə saymaq olar. Bununla belə, xərclənən büdcəni nəzərə alan sponsorlar klub rəhbəri Riad Rəfiyevin seçimindən narazıdır. Onlar menecer-prezidentin iddialı komanda qurmaq vədi ilə gətrdiyi portuqaliyalının işinin real nəticəsini görmür, “Sumqayıt” əvvəlkindən daha zəif oynayır.
 
Qarşıdakı 4 oyun Kandidonun, hətta bəlkə də Rəfiyevin taleyini həll edə bilər. Evdə “Qəbələ”, “Araz-Naxçıvan” və “Şəfa”, səfərdə “Zirə” ilə görüşlərdə hədəf azı 2 qalibiyyətdir. Yığmalara görə çempionatda yaranan fasilədən həmən sonra “kimyaçılar” autsayderlər qrupundan uzaqlaşmasa, komandada dəyişikliklər ola bilər. Rəqiblərdən üçü yaxın qonşulardır və onları məğlub etməmək Kandidoya postu bahasına başa gələcək (futbolinfo.az). 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest