"çelsi"nin hücumçusu Olivye Jiru İtaliyaya köçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "İnter" ulduz futbolçunun xidmətində maraqlıdı.

"Neradzurra" yanvarda 33 yaşlı forvardın transferini reallaşdırmaq niyyətindədi. Tərəflər arasında danışıqlara da artıq start verilib. Temmi Abrahamın uğurlu startı üzündən ehtiyata məhkum olan Jiru özü də klubunu dəyişmək fikrindədi.

Qeyd edək ki, Olivye Jiru "çelsi"yə ötən il "Arsenal"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest