"Yuventus"un yarımmüdafiəçisi Xuan Kuadrado uzun müddət Turin klubunda qala bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, İtaliya çempionu 31 yaşlı oyunçuya yeni müqavilə təklif edib.

"Qoca sinyora" rəhbərliyi Kolumbiya millisinin üzvünün meneceri ilə danışıqlara start verib. Tərəflər ortaq məxrəcə gələ bilsələr, Kuadradonun müqavilə müddəti 2022-ci ilin yayına qədər uzadılacaq. Danışığın gələn ay yekunlaşması gözlənilir.

Qeyd edək ki, Xuan Kuadrado çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə 2:2 hesabı ilə başa çatan matçda 1 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest