20 Sentyabr 2019, 14:48
                
                
                
                                ÇEMPİONLAR LİQASI 
                                
                
               
              
				 
 
çempionlar Liqasında qrup mərhələsinin ilk turunun ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA azarkeşlər arasında aparılan sorğuda ən çox səs toplayan oyunçunun adını açıqlayıb.
Bu mükafata "Zalsburq"un hücumçusu Erlinq Braut Haaland layiq görülüb. Gənc forvardın "Genk"lə qarşılaşmada het-trik etməsi həlledici rol oynayıb. Həmin qarşılaşmada "Zalsburq" 6:2 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, həftənin ən yaxşısı olmağa digər iddiaçılar Mark-Andre Ter Ştegen ("Barselona"), Anxel di Mariya (PSJ) və Mislav Orsiç ("Dinamo" Zaqreb) idi.

            
 










