UEFA futbol üzrə Çempionlar Liqasının qarşıdakı mövsümlərində final qarşılaşmalarına eh sahibliyi edəcək şəhərlərin adlarını açıqlayıb. Matc.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun prezidenti Aleksandr Çeferin məlumat verib.

O, UEFA İcraiyyə Komitəsinin Lyublyanada baş tutan iclasından sonra təşkil olunan mətbuat konfransında 2021, 2022 və 2023-cü illərdəki ÇL finallarının keçiriləcəyi arenaların müəyyənləşdiyini bəyan edib:
 
ÇL-in 2021-ci ildəki finalı Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda baş tutacaq. 2022-ci ilin ÇL finalına Münhenin “Alyans Arena” stadionu evsahibliyi edəcək. 2023-cü ildə isə ÇL-in həlledici qarşılaşması Londondakı “Uembli” stadionunda keçiriləcək.
 
Çeferin 2021-ci ildə Avropa Liqasının final matçının keçiriləcəyi arenanı da açıqlayıb. Onun sözlərinə görə, həmin qarşılaşma İspaniyanın “Sevilya” klubunun ev oyunlarını keçirdiyi “Ramon Sançes” stadionunda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest