Sentyabrın 28-dən etibarən Avro-2020 Bakı Könüllülük Proqramının müsahibə mərhələsinə start veriləcək. Matc.az AFFA-nın saytına istinadən xəbər verir ki, artıq bu gündən başlayaraq könüllülərə dəvət göndərilir, könüllü namizədlər UEFA Fame sistemi vasitəsilə müsahibə vaxtlarını seçmək imkanına sahibdirlər.

Avro-2020 Könüllülük Proqramında 2000 könüllü seçiləcək. İndiyədək qeydiyyatdan keçməyən könüllülər noyabrın 29-a qədər qeydiyyatdan keçə bilərlər.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest