“Real Madrid”in baş məşqçisi Joze Mourinyo Tibo Kurtuanı hazırda dünyanın ən yaxşı qapıçısı hesab etdiyini bildirib.

Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu fikirləri qapıçıların “Qızıl top” mükafatını qazanmaq şansları ilə bağlı sualı cavablandırarkən səsləndirib.

Mourinyo bildirib ki, qapıçılar arasında bu mükafata yalnız Lev Yaşin sahib olub. Onun sözlərinə görə, hücumameyilli futbolçular daha çox qiymətləndirilir:

“Kurtoa dünyanın ən yaxşı qapıçısıdır. “Qızıl top”u yalnız Yaşin qazanıb. İnsanlar hücumameyilli futbolçuları daha çox qiymətləndirirlər. Amma uzun illərdir onun dünyanın ən yaxşı qapıçısı olduğuna şübhəm yoxdur. Noyer artıq karyerasının sonuna yaxınlaşır. Ona yaxın səviyyədə başqa qapıçı görmürəm. Bununla belə, Luninin oyununu bəyənirəm. Onu Espi ilə eyni kateqoriyaya aid etmək olar. O, daha çox oynamağa layiqdir”.

Mourinyo fikrini Portuqaliyada 1970-ci illərdə fəaliyyət göstərmiş məşhur məşqçinin sözləri ilə də əsaslandırıb: “Bir dəfə məşhur məşqçi futbolçuya deyib: “Sən Avropanın ən yaxşı qapıçısısan”. Futbolçu isə soruşub: “Bəs niyə oynamıram?” Məşqçi cavab verib: “Çünki digər qapıçı dünyanın ən yaxşısıdır”. Luninlə Kurtoanın vəziyyəti də təxminən belədir”.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest