Matc.az xəbər verir ki, La Liqanın 13-cü turunda keçirilən görüşün ilk hissəsindən sonra Madrid təmsilçisi 0:1 hesabı ilə geridə olub. DAZN futbolçuların fasilədəki söhbətini yayımlayıb.
Mbappe Diomandeyə müraciət edərək matçın hələ bitmədiyini və düşünməyi dayandırmalı olduğunu bildirib.
Daha sonra fransalı hücumçu Kamavinqa ilə taktiki məsələləri müzakirə edib:
Mbappe:“Əgər bizə heç nə demirsənsə, onda irəli qaçmalıyıq”.
Kamavinqa:“Əgər irəli getmək qərarına gəlmisinizsə, gedin”.
Mbappe:“Yaxşı, amma problem ondadır ki, onların 23 nömrəli futbolçusu, ikinci hücumçusu, daim tamamilə boş qalır”.
Qeyd edək ki, “Real Madrid” ikinci hissədə iki qol vuraraq “Selta” üzərində 2:1 hesablı qələbə qazanıb.













