“Napoli”nin yarımmüdafiəçisi Skott MakTominey yenidən “Mançester Yunayted”ə qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə ESPN “TEAMtalk”a istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, hazırda İtaliya klubu 29 yaşlı şotlandiyalı futbolçu ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparmır. Onun sözləşməsi 2028-ci ilin yayına qədər qüvvədədir.

MakTomineyin vasitəçiləri artıq futbolçu üçün yeni klub axtarışına başlayıblar. “Mançester Yunayted” də yarımmüdafiəçinin mümkün qayıdışı ilə bağlı məlumatlandırılıb.

Qeyd edək ki, MakTominey 2024-cü ilin yayında “Mançester Yunayted”dən “Napoli”yə keçib. O, İngiltərə klubunun əsas komandasında 255 oyun keçirib, 29 qol vurub və 8 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest