Futbol üzrə Fransa çempionatında 7-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

Son çempion və hazırkı lider PSJ doğma meydanda “Reyms”i sınağa çəkib. Paris təmsilçisi bu oyunda məğlubiyyətlə üzləşib.

Dörd qolun qeydə alındığı “Brest” – “Olimpik” (Lion) matçında qalib müəyyənləşməyib. 

“Amyen” evdə “Bordo”ya, “Sent-Etyen” “Mets”ə, “Tuluza” “Anje”yə uduzub.

“Lill” “Strasburq”u, “Monpelye” “Nim”i, “Nant” isə “Renn”i məğlub yola salıb.

Fransa Liqa 1
7-ci tur

24 sentyabr

Dijon – Olimpik (Marsel) 0:0

Monako – Nitsa 3:1
Qol: Qolovin, 29; 74. Ben Yedder, 80 – Burner, 54.

25 sentyabr

Amyen – Bordo 1:3
Qol: Mendosa, 2 – Adli, 8; 45+1. Kalu, 73.

Brest – Olimpik (Lion) 2:2
Qol: Kur, 29; 85 – Dembele, 28. Korne, 69.

Lill – Strasburq 2:0
Qol: Osimhen, 43. Remi, 64.

Monpelye – Nim 1:0
Qol: Suke, 31.

Nant – Renn 1:0
Qol: A.Ture, 77-pen.

Sent-Etyen – Mets 0:1
Qol: Diallo, 18.

Tuluza – Anje 0:2
Qol: Aliui, 88; 90+4.

PSJ – Reyms 0:2
Qol: Kamara, 29. Dia, 90+3.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest