“Los-Anceles Qalaksi”nin hücumçusu Zlatan İbrahimoviç yeni çellencə start verib. Matc.az xəbər verir ki, ulduz futbolçu bunu tvitter səhifəsində paylaşıb.

O, "Matrix Challenge" adlı çellencdə topu sinəsində saxlayaraq, arxaya hərəkət edib və əllərini yelləyib. Zlatan bununla "Matrix" filminin qəhrəmanı Neonun hərəkətlərini təqlid edib.

37 yaşlı forvard rusiyalı döyüşçü Həbib Nurməhəmmədov, tennisçi Novak Cokoviç, “Mançester Yunayted”in futbolçusu Pol Poqba və öz agenti Mino Rayolaya çağırış edərək, onlara meydan oxuyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest