Şotlandiyanın "Reyncers" klubunun futbolçusu Cermeyn Defo qəzaya uğrayıb. Matc.az xəbər verir ki, bu barədə Qlazqo təmsilçisinin rəsmi saytı məlumat yayıb. 
 
Defo Şotlandiya Premyer Liqasının 7-ci turunun "Aberdin"lə matçından (5:0) sonra avtomobiliylə qəzaya uğrayıb. Hadisə zamanı hücumçunun ciddi xəsarət almadığı bildirilib.
 
2019-cu ilin yanvarından "Reyncers"də çıxış edən Defo, bu mövsüm 13 oyunda 9 qol vurub. 36 yaşlı hücumçu daha əvvəl "Tottenhem", "Sanderlend", "Bornmut" kimi komandaların formasını geyinib. Defo 57 dəfə çıxış etdiyi İngiltərə millisində 20 qola imza atıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest