Fransa çempionu PSJ-nin baş məşqçisi Tomas Tuxel ötən gün UEFA çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qalatasaray"a qarşı keçirilən səfər oyununda bu turnirin tarixinə düşüb. Matc.az xəbər verir ki, görüşün baş hakimi Şimon Marçinyak matçın 39-cu dəqiqəsində onun qərarına sərt şəkildə etiraz etdiyi üçün almaniyalı mütəxəssisə sarı vərəqə göstərib. 
 
Bununla da Tuxel çL-də sarı vərəqə alan ilk baş məşqçi olub.
 
Qeyd edək ki, çempionlar Liqasının oyunlarında texniki zonada olanlara sarı vərəqə göstərilməsi qərarı bu mövsümdən etibarən FIFA tərəfindən verilib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest