çempionlar Liqasında qrup mərhələsinin II turuna yekun vurulub. Matc.az saytının məlumatına görə, dünən daha 4 qrupun oyunları keçirilib.

Günün mərkəzi görüşündə "Barselona" "İnter" üzərində əzmkar qələbə qazanıb. "Liverpul" evdə, "çelsi" səfərdə minimalhesablı qalibiyyət əldə edibsə, "Napoli" Belçikadan qolsuz bərabərliklə dönüb.

Qarşılaşmalardan sonra adıçəkilən nəhənglərin baş məşqçiləri fikirlərini bölüşüb.

Ernesto Valverde ("Barselona"nın baş məşqçisi): "Düşünürəm ki, bu, ədalətli nəticədi. Düzdü, "İnter"in baş məşqçisi də bunun belə olmadığını deyəcək. "İnter" əla komandadı, bunu ilk hissədə sübut etdi. İkinci hissədə döyüşə çıxdıq və həlledici qolları vurduq. "Neradzurra" A seriyasındakı ilk 6 qarşılaşmada qalib gəlib. Bu gün də erkən qol vurdu. Dəyişikliklər etdik, tempi sürətləndirdik, bu da oyuna çox təsir göstərdi. Messinin bənzərsiz olduğunu bilirik, bu gün də fərq yaratdı. Fiziki cəhətdən yaxşı vəziyyətdə deyildi, amma getdikcə artırır. İkinci qol zamanı onun ötürməsini gördük. Yəni Leoda işlər yaxşı gedir".

Antonio Konte ("İnter"in baş məşqçisi): "Əminəm ki, bu gün daha çox şey edə bilərdik. Xüsusən də, birinci hissədə daim "Barselona"ya təzyiq göstərdik. İkinci hissədə oyunçularımız yorğun idilər, çünki indi ardıcıl bir neçə oyun keçirməliyik. Buna baxmayaraq, daha çox imkanımız oldu. Məğlub olduq və belə məqamlarda çıxışı müsbət görmək çətindi. ümumiyyətlə, məğlubiyyəti həzm edə bilmirəm. Yaxşı komanda hətta böyük oyundakı məğlubiyyətdən sonra da evə sevinclə gətirmir. "Barselona" oyunun gedişatını dəyişdirdi, cavab topu vurdu. Lakin bu, oyunçularımızın ardıcıl ağır görüşlərdən sonra yorğun olması səbəbindən baş verdi".

Karlo Ançelotti ("Napoli"nin baş məşqçisi): "Yaxşı çıxış etdik, qol vurmaq üçün bir neçə şansımız oldu. Əlbəttə, "Napoli"nin oyunu o qədər də effektli deyildi, amma şansdan kənarda qaldıq. Hətta bir epizodda qol da buraxa bilərdik. Pley-off mərhələsinə çıxacağımıza inanırıq. İndi "Zalsburq"la matça diqqətlə hazırlaşmaq lazımdı. Hədəf qrupa liderlik etməkdi. çempionlar Liqası asan turnir deyil, buna görə heç-heçədən razıyıq. Bu nəticəni uğursuz adlandırıla bilmərik. Daha yaxşı oynaya bilərdilər, amma oyunçularımı günahlandırmaq üçün heç bir səbəbim yoxdu. Səfərdə heç-heçə faciə deyil".

Yurgen Klopp ("Liverpul"un baş məşqçisi): "Bir oyun zamanı dərs öyrənmək daha sonra bu barədə danışmaqdan daha yaxşıdı. Düşünürəm ki, ilk 30 dəqiqədə əla oyun nümayiş etdirdik. Sonra rəqib sxemi dəyişdi, topa nəzarəti itirdik və bu da bizə problem yaratdı. Mübarizəyə qayıtmaq çətin idi. Rəqib üçüncü qolu vurana qədər gözlədik, amma dərhal cavab verdik. Əsəbi deyiləm. Gördüm ki, çox yaxşı çıxış etdik, oyuna qayıtmaq üçün çox çalışdıq və əla qol vurduq. 6-7 top vurmağa ehtiyac yoxdu. çempionlar Liqasında çox çətin qrupdayıq".

Frenk Lempard ("çelsi"nin baş məşqçisi): "Rəqibin nə qədər yaxşı hücum etdiyini düşünmək asan deyildi. Azarkeşlərinin dəstəyindən sonra "Lill"in yaratdığı anlar səbəbindən vəziyyət daha da çətinləşdi. "Valensiya"ya məğlub olduqdan sonra qalib gəlmək vacib idi. Bu axşam bizim üçün yaxşı keçdi. Avropada səfərdə oynamaq çətindi, xüsusən də, "Lill" səviyyəsində olan komandaya qarşı. İndi "Ayaks" öz ambisiyalarını açıq şəkildə nümayiş etdirdi. çətin iş başlayır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest