Çempionlar Liqasında qrup mərhələsinin II turuna yekun vurulub. Yenə gözlənilməz nəticələr qeydə alınıb. Baş tutan oyunlardan sonra bir sıra maraqlı statistik göstəricilər ortaya çıxıb.

Çempionlar Liqasında qrup mərhələsinin II turuna yekun vurulub. Matc.az saytının məlumatına görə, yenə gözlənilməz nəticələr qeydə alınıb.

Baş tutan oyunlardan sonra bir sıra maraqlı statistik göstəricilər ortaya çıxıb.

- "Valensiya" üzərində səfərdə böyükhesablı qələbə qazanan "Ayaks" İspaniya klublarına qarşı son iki görüşdə 7 qol vurub, 1-ni buraxıb. Amsterdam təmsilçisi martda "Real"ı 4:1 hesabı ilə üstələmişdi. Hollandiya klubu buna qədər ÇL-də ispanlara qarşı keçirdiyi 13 oyunun 11-də uduzmuşdu.

- "Çelsi"nin baş məşqçisi Frenk Lempard iki ildən sonra Çempionlar Liqasında qələbə qazanan ilk ingilis çalışdırıcısı olub. Sonuncu dəfə "Lester"li Kreyq Şekspir "Sevilya" üzərindəki qalibiyyətə (2:0) sevinmişdi.

- "Barselona"nın kapitanı Lionel Messi yenə "İnter"in qapısına yol tapa bilməyib. Qarşılaşmada qələbə qolunun assistini edən argentinalı "neradzurra"ya qarşı keçirdiyi 4 rəsmi qarşılaşmada qol vura bilməyib.

- "Zenit"in hücumçusu Artyom Dzyuba "Benfika" ilə görüşdə fərqlənərək, Çempionlar Liqasında keçirdiyi 15-ci matçda 7-ci qolunu vurub. Bununla o, ən mötəbər klub turnirinin bombardir rusiyalılıları sırasında 3-cü pilləyə yüksəlib. ÇL-də ən çox qol vuran rusiyalılar Andrey Tixonov və Alan Dzaqoyevin aktivində 8 top var.

- "Zalsburq"la qarşılaşmada dubla imza atan "Liverpul"un hücumçusu Məhəmməd Salah son iki ildə "qırmızılar"ın heyətində bütün turnirlərdə qollarının sayını 77-yə çatdırıb. Misirli 2017-ci ilin iyulundan bəri top-5 liqaların ən məhsuldar ikinci oyunçusudu. Salah yalnız son iki ildə 99 qol vuran Lionel Messidən ("Barselona") geri qalır.

- Doğma arenasında "Zalsburq"un qapısından 4 top keçirən "Liverpul" özü 3 dəfə mərkəzə dəvət edilib. "Qırmızılar" sonuncu dəfə "Enfild Roud"da 2014-cü ilin oktyabrında "Real"la qarşılaşmada 3 qol buraxmışdı (0:3).

- "Lill" üzərində səfər qələbəsinə sevinən "Çelsi" yenə qapısında qol görüb. "Zadəganlar" bu mövsüm keçirdiyi 11 matçın 10-da mərkəzə dəvət olunub. Frenk Lempardın komandaları onun rəhbərliyi altında keçirdiyi 68 oyunun 53-də qol buraxıb.

- "Lill"ə qarşı görüşdə start heyətində meydana daxil olan "Çelsi"nin yarımmüdafiəçisi Villian paytaxt klubunda bütün turnirlərdəki oyun sayını 300-ə çatdırıb. O, yubileyini qələbə qolunu vurmaqla qeyd edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest