İngiltərənin “Mançester Yunayted” klubu Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Hollandiyanın “AZ Alkmaar” klubu ilə qarşılaşıb. Matc.az xəbər verir ki, 0:0 hesabıyla bitən görüşdə “qırmızı şeytanlar” 90 dəqiqə ərzində qapıya dəqiq zərbə vura bilməyib. 
 
Bu, “Mançester Yunayted”in klub tarixində Avroliqada göstərdiyi ən pis nəticədi.
 
L qrupunda “Astana”, “Partizan” və “Alkmaar”la mübarizə aparan “Mançester Yunayted” 3 xalla 2-ci sıradadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest