FIFA referisi Rauf Cabarov daha bir təyinat alıb. Matc.az saytının məlumatına görə, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələ oyununu idarə edəcək.

Belə ki, Cabarov Estoniya ilə Latviya arasında Pyarnuda keçiriləcək qarşılaşmada ədalət təmsilçisi olacaq. Ona Namiq Hüseynov və Rza Məmmədov kömək edəcəklər. Görüşdə ehtiyat hakim kimi Elçin Məsiyev fəaliyyət göstərəcək. Hakimlərimizin işinə slovakiyalı hakim-inspektor Ladislav Qadoşi qiymət verəcək. Oyunun UEFA nümayəndəsi isə finlandiyalı Markku Lehtola olacaq.

Qeyd edək ki, 5-ci qrupda yer alan komandaların dueli oktyabrın 11-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest