"Arsenal" yanvar ayında hücum xəttini gücləndirmək üçün işlər görür. London klubunun prioritet hədəfi sol cinah hücumçusu almaq olsa da, mərkəz hücumçusu transferi variantları da nəzərdən keçirilməyə davam edir.

Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" nəşri məlumat yayıb.

Bildirilir ki, londonluların hücumunun sol cinahını gücləndirmək üçün əsas namizəd klubun hələ yayda transferini nəzərdən keçirdiyi "Leypsiq"in vingeri Antonio Nusadır.

Alternativ variantlar kimi "Yuventus"un vingeri Kenan Yıldız və "Real"ın yarımmüdafiəçisi Arda Gülər göstərilir.

Mərkəz hücumçusu mövqeyinə isə Madrid "Atletiko"sundan Xulian Alvares və "Bornmut"dan Eli Krupi namizədlər sırasındadır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest