"Əl-Nəsr"in 41 yaşlı hücumçusu Kriştiano Ronaldo baş məşqçi Jorje Jezuş rəhbərlik etdiyi müddətdə Portuqaliya millisinə qayıtmayacaq.
Matc.az xəbər verir ki, bu barədə "CNN Portugal" nəşrinin məlumat yayıb.
Bildirilir ki, 41 yaşlı forvard mütəxəssisin UEFA Millətlər Liqasının 4-cü turunda Norveçlə oyundan (2:1) sonra mətbuat konfransında səsləndirdiyi fikirlərdən narazı qalıb.
Futbolçu ilə baş məşqçi arasındakı münaqişə turnirin 2-ci turundakı Portuqaliya – Norveç (2:1) matçından sonra yaranıb. Hücumçu bütün oyunu ehtiyat oyunçular skamyasında keçirməsindən narazı qalıb.
Danimarka ilə 3-cü turun oyunundan (4:2) əvvəl Ronaldo komandanın məşqlərinə qatılmayıb, daha sonra isə millinin düşərgəsini ümumiyyətlə tərk edib.
4-cü turun oyununun ardından təşkil edilən mətbuat konfransında isə Jorje Jezuş üzr istəməli bir şey olmadığını bəyan edib.













