Fransanın "Lill" klubunun yarımmüdafiəçisi Etan Mbappe karyerasını Türkiyədə davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Bildirilir ki, agentlər 19 yaşlı futbolçunun xidmətini "Fənərbaxça"ya təklif ediblər. Futbolçunun hazırkı klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır.

"Fənərbaxça" gənc oyunçuların transferi variantlarını nəzərdən keçirir, çünki klubun legioner limiti dolub. Reqlamentə əsasən, 23 yaşadək futbolçular Türkiyə Superliqasında legioner statusu daşımırlar.

Mbappe 2024-cü ilin iyulundan bəri "Lill"in şərəfini qoruyur. Fransa millisinin hücumçusu Kilian Mbappenin qardaşı daha əvvəl PSJ-nin gənclər komandalarında çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest