"Barselona"ın cinah hücumçusu Rafinya klubu ilə yeni müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabrisio Romano sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.

30 yaşlı braziliyalı futbolçu 2022-ci ildən bəri çıxış etdiyi kataloniyalılarla uzunmüddətli əməkdaşlığı davam etdirməyə qərar verib. Yeni müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.

Müqavilənin imzalanması barədə rəsmi açıqlamanın artıq bu həftə daxilində veriləcəyi gözlənilir.

Qeyd edək ki, Kataloniya klubunun heyətində üç dəfə İspaniya çempionu olan Rafinya, həmçinin ölkə kubokunu və üç dəfə İspaniya Superkubokunu qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest