"çelsi"nin yarımmüdafiəçisi Jorjinyo yenidən İtaliyaya qayıtmaq istəyir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu ulduz futbolçunun meneceri Joao Santos deyib.

O bildirib ki, 24 yaşlı orta sahə oyunçusu A seriyası nəhənglərindən təklif gözləyir: "Futbolda hər şey mümkündü. Jorjinyo A seriyasına qayıtmağa hər zaman hazırdı və bunu özü də istəyir. Premyer Liqada dəyərli təcrübə qazandı. İndi A seriyasına daha böyük töhfə verə bilər. O, titul uğrunda mübarizə aparan komandalarda oynaya bilər".

Qeyd edək ki, Jorjinyo "çelsi"yə ötən il "Napoli"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest