"İllərdir klubun İdarə Heyətinin üzvüyəm. Sözü keçən tərəfdarlarından biriyəm. Bu sözü deməkdən artıq yorulmuşam - mən heç vaxt “Palmali”dən başqa yerdə rəhbər olmayacam". Matc.az xəbər verir ki, bu sözləri "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov "Beşiktaş" klubu ilə bağlılığı haqda sualı cavablandırarkən deyib.

O bildirib ki, İstanbul təmsilçisinin rəhbəri olmaqla bağlı təklif alsa da, bununla razılaşmayıb:  “Beşiktaş”ın tərəfdarıyam, İdarə Heyətinin üzvüyəm. Sağ olsunlar, klubun ağsaqqalları gəlib başqanlığı təklif etdilər, qəbul etmədim. Buna sərf edəcək zamanım da yoxdu. Düzü, futbolu sevmirəm. Bir gün “Xəzər Lənkəran” qayıdarsa, yenidən onun başqanı olaram ki, qaldığım yerdən davam edim. Soruşsanız ki, bəs niyə “Beşiktaş”a azarkeşlik edirsən, cavabım sadədi. Rənglərini çox sevirəm. Amma beşiktaşlılar üzülməsinlər, özümü bu işdə görmürəm". publika.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest