Hollandiya çempionu "Ayaks" UEFA çempionlar Liqasının 5-ci turunda səfərdə "Lill"lə qarşılaşacaq. Matc.az xəbər verir ki, son Hollandiya çempionu Fransa səfərinə təyyarə ilə deyil, qatarla gedəcək. 
 
Bu barədə klubun idman direktoru Edvin Van der Sar Hollandiya mətbuatına açıqlamasında deyib. O, bu qərarı vermələrinin səbəbini belə izah edib:
 
"Həssas bir iqlimdə yaşayırıq və digər klublara nümunə olmaq istəyirik. Lill qatarla səyahət etməyə gözəl yerdir. Buna görə də, bu qərarı qəbul etdik. Baş məşqçi Erik Ten Haq və futbolçular bu səfərdə daha az yorulacaqlar. çünki "Lill"lə oyunda komanda daha yaxşı formada olmalıdır".
 
Qeyd edək ki, "Lill" – "Ayaks" oyunu noyabrın 28-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest