Əfsanəvi almaniyalı Yurgen Klinsmann karyerasını Cənubi Amerikada davam etdirməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 54 yaşlı mütəxəssis Ekvador millisinin "sükanı arxası"na keçəcək.

Ekvador Futbol Federasiyası ilə məşqçi arasında danışıqlar müsbət yekunlaşıb. Yaxın günlərdə təyinat rəsmiləşəcək. O, baş məşqçi vəzifəsini müvəqqəti icra edən Xorxe Selikonu əvəzləyəcək.

Qeyd edək ki, Yurgen Klinsmann məşqçilik karyerası ərzində "Bavariya", Almaniya və ABŞ millilərini çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest