PSJ-nin hücumçusu Neymarın yaxası zədələrdən qurtulmur. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu bu ayın əvvəlində Braziliya millisinin düşərgəsində zədələnərək sıradan çıxıb.

Həkim müayinəsindən sonra 27 yaşlı superulduzun təxminən 4 həftə kollektivdən ayrı qalacağı bildirilib. 2017-ci ildə "Barselona"dan alınan oyunçu Fransaya köçəndən bəri komandaya lazımi qədər xeyir verə bilmir. Təsadüfi deyil ki, o, PSJ-də olduğu 805 günün 318 gününü komandadan ayrı keçirməli olub. Bura zədə ilə yanaşı, cəza da şamildi.

Qeyd edək ki, Neymar bu mövsüm Liqa1-də keçirdiyi 5 oyunda 4 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest