Cari mövsüm qeyri-stabil çıxışını davam etdirən "Real" tezliklə baş məşqçi dəyişikliyinə gedə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, hazırkı çalışdırıcı Zinəddin Zidanın istefaya göndərilməsi gündəm mövzusudu.

Fransalı mütəxəssislə arasında soyuq münasibət olan prezident Florentino Peres ona son şansı verib. Belə ki, komanda çempionlar Liqasında "Qalatasaray"la növbəti matçda məğlub olacağı təqdirdə, Zizu vəzifəsindən uzaqlaşdırılacaq. Klub rəhbəri hətta onun alternativini də tapıb. Peres yaxşı münasibətdə olduğu sabiq baş məşqçi Joze Mourinyo ilə bu mənada danışıqlara start verib. Hətta tərəflər arasında ilkin razılığın əldə edildiyi də vurğulanıb.

Qeyd edək ki, "Real" hazırda La Liqada 2-ci pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest