"Barselona" ilə "Atletiko" arasında yaranmış soyuq münasibət bitib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, klublar Antuan Qrizmannın transferi zamanı yaranmış problemi yoluna qoyub.

Belə ki, Kataloniya klubu qarşı tərəfə daha 15 milyon avro ödəyərək, sülh bağlayıb. Həmçinin müdafiəçi Xose Ximenes və yarımmüdafiəçi Saulun transferində "Barselona" söz haqqına sahib olacaq. Adıçəkilən futbolçulara başqa klublardan təklif gələrsə, "Atletiko" bu barədə "Barselona"nı da məlumatlandırmalıdı.

Qeyd edək ki, "Barseona" Antuan Qrizmannı bu yay 120 milyon avro müqabilində "Atletiko"dan alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest