çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda Hollandiyanın "Ayaks" klubu "çelsi"ni qəbul edəcək. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, sabah keçiriləcək qarşılaşmadan 6 saat əvvəl Amsterdam şəhərinin mərkəzi yerlərində və stadiona yaxın ərazilərdə spirtli içkilərin satışı qadağan olunacaq. 
 
Bunun səbəbi holland və ingilis azarkeşlər arasında ola biləcək iğtişaşların qarşısını almaqdır.
 
"Ayaks" – "çelsi" matçı sabah, saat 20:55-də start götürəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest