Futbol üzrə UEFA çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Qalatasaray" (Türkiyə) - "Real" (İspaniya) matçında yeni rekord qeydə alınıb. Matc.az xəbər verir ki, Madrid təmsilçisinin kapitanı Serxio Ramos İstanbuldakı qarşılaşmada 121-ci çL matçına çıxıb.

İspaniyalı futbolçu bununla da qitənin ən nüfuzlu klub turnirində ən çox oyun keçirən müdafiəçiyə çevrilib.
 
çL-də müdafiəçilər arasında ən çox oyun keçirən futbolçu Roberto Karlos idi – 120. Ramos məhz keçmiş komanda yoldaşının rekordunu yeniləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest