"Lokomotiv"in baş məşqçisi Yuri Syomin Çempionlar Liqasında (ÇL) rekord müəyyənləşdirməyə yaxındı. Syomin "Yuventus"la qarşılaşmada (1:2) komandasını meydana çıxarmaqla ÇL tarixinin ən yaşlı ikinci məşqçisi ünvanına yiyələnib.

"Lokomotiv"in baş məşqçisi Yuri Syomin çempionlar Liqasında (çL) rekord müəyyənləşdirməyə yaxındı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Syomin "Yuventus"la qarşılaşmada (1:2) komandasını meydana çıxarmaqla çL tarixinin ən yaşlı ikinci məşqçisi ünvanına yiyələnib.

Hazırda onu yalnız keçmiş "Bavariya"lı Yupp Haynkes qabaqlayır. Almaniyalı mütəxəssis axırıncı dəfə 72 yaş 11 ay 22 günlüyündə baş məşqçi kimi çL həyəcanı yaşayıb. Syomin onu qabaqlamaq üçün "Lokomotiv"i yarımfinala qədər aparmalı və ya gələn mövsüm də bu turnirdə mübarizə aparmalıdı.

Qeyd edək ki, 1983-cü ildən bəri nadir hallarda işsiz olan Yuri Syomin 2013-14 mövsümündə ölkəmizdə "Qəbələ"ni çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest