çempionlar Liqasının qrup mərhələsində "Atalanta" ilə qarşılaşan "Mançester Siti" 5:1 hesablı qələbə qazanıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu görüş "şəhərlilər"in vingeri Rahim Sterlinq üçün əlamətdar olub.

Belə ki, 24 yaşlı futbolçu ikinci hissədə 11 dəqiqə əzində 3 qol vuraraq, het-trikə imza atıb. Sterlinq bununla çempionlar Liqasında het-trik edən 8-ci ingiltərəli futbolçu kimi tarixə düşüb.

"Srvena Zvezda" ilə qarşılaşmada dubl edən "Tottenhem"in (5:0) hücumçusu Harri Keyn isə bu turnirin qrup mərhələlərindəki qol sayını 16-ya çatdırıb. 26 yaşlı forvard hazırda qrupda ən çox qol vuran ingilislərin siyahısında ikinci pillədədi. Onu yalnız 19 qolla sabiq "Mançester Yunayted"li Pol Skoulz qabaqlayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest