Fransa çempionu PSJ UEFA çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda Belçikada "Brügge"ni darmadağın edib. Matc.az xəbər verir ki, 5:0 hesabıyla bitən qarşılaşmada Paris təmsilçisinin futbolçusu Kilian Mbappe yeni uğura imza atıb. 
 
Belə ki, bu qarşılaşmada het-trik edən 20 yaşlı hücumçu, çL-də vurduğu qollarının sayını 16-ya çatdırıb.
 
Bununla da Mbappe çempionlar Liqası tarixində 15 qol səddinə çatan ən gənc futbolçu ünvanını qazanıb. Fransız oyunçu bu uğura 20 yaş 306 günlüyündə çatıb.
 
Bundan əvvəlki rekord "Barselona"lı Lionel Messiyə aid idi. Argentinalı oyunçu çL-də 15 qol səddinə 21 yaş 288 günlüyündə çatmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest