İspaniya La Liqasının X turunda keçirilməli olan “Barselona” – “Real Madrid” görüşünün vaxtı dəqiqləşib. Matc.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.

La Liqa rəhbərliyinin dekabrın 18-nə təxirə salınması federasiya tərəfindən təsdiqlənib. Beləliklə, "El Klasiko" həmin tarixdə "Nou Kamp"da keçiriləcək.

Qeyd edək ki, təqvimə əsasən oyun oktyabrın 26-da baş tutmalı idi. Ancaq Barselonakı etiraz aksiyaları səbəbindən qarşılaşma təxirə salınıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest