"Zalsburq"un hücumçusu Erlinq Holand yeni rekorda imza atıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, norveçli forvard buna çempionlar Liqasının qrup mərhələsinın III turunda "Napoli" ilə keçirilən qarşılaşmada nail olub.

Belə ki, komandasının 2:3 hesabı ilə məğlub olduğu görüşdə gənc oyunçu dubl edib. Bununla Holand cari mövsüm qrup mərhələsindəki qollarının sayını 6-ya çatdırıb. O, bununla karyerası ərzində çempionlar Liqasındakı ilk 3 görüşündə 6 qol vuran ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Erlinq Holand "Zalsburq"a bu ilin əvvəlində 5 milyon avroya "Mölde"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest