PSJ futbolçusu Marko Verrattinin müqaviləsinin müddətini uzadıb. Matc.az xəbər verir ki, Paris təmsilçisi 26 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
2012-ci ildən PSJ-də forma geyinən Verratti parislilərlə 290 rəsmi oyuna çıxıb. Bu matçlarda 9 qol vuran yarımmüdafiəçi 48 də məhsuldar ötürmə edib.
 
İtaliya millisinin də üzvü olan Verrattinin əvvəlki müqaviləsi 2021-ci ilin yayına qədər idi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest