çempionlar Liqasının qrup mərhələsinin IV turunda "Barselona" "Slaviya"nı qəbul edəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, həmin qarşılaşma yerli hakimiyyət tərəfindən yüksək riskli oyun kimi tanınıb.

Bu səbəbdən qarşılaşma zamanı təhlükəsizlik tədbirlərinin artırılması qərara alınıb. Oyun noyabrın 5-də "Nou Kamp"da baş tutacaq.

Qeyd edək ki, Kataloniyada baş vermiş iğtişaşlar səbəbindən "Barselona" - "Real" oyunu dekabra keçirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest