çempionlar Liqasında qrup mərhələsinin IV turuna bu gün yekun vurulub. Matc.az saytının məlumatına görə, daha 4 qrupda oyunlar keçirilib.

Belə ki, A, B, C və D qruplarında 8 görüş baş tutub.

A qrupunun lideri PSJ doğma azarkeşləri önündə "Brügge"ni məğlub etməklə, 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirib. "Qalatasaray" isə növbəti mərhələ şansını davam etdirmək üçün Madriddə "Real"a uduzmamalıydı. Amma İstanbul klubu bu görüşdə böyük hesabla məğlub olub.

B qrupunda autsayder "Olimpiakos"u qəbul edən "Bavariya" da qrupdan çıxmaq hədəfinə nail olub.

Həmçinin C qrupunun lideri "Mançester Siti"ni də "Atalanta" səfərində 3 xal növbəti mərhələyə daşıyacaqdı. Amma "şəhərlilər" bu oyunda xal itkisi ilə üzləşiblər.

D qrupunda isə səfər oyununa çıxan "Atletiko" ilə "Yuventus"a minimum vəzifənin öhdəsindən gəlmək üçün evə 3 xalla qayıtmaq kifayət idi. Turin təmsilçisi bu vəzifənin öhdəsindən gəlsə də, Madrid klubu məğlubiyyətlə üzləşib.

 

çempionlar Liqası

Qrup mərhələsi, IV tur

7 noyabr

A qrupu

"Real" (İspaniya) – "Qalatasaray" (Türkiyə) 6:0
Qol: Rodriqo, 4; 7; 90+2. S.Ramos, 14-pen. Benzema, 45; 81.

PSJ (Fransa) – "Brügge" (Belçika) 1:0
Qol: İkardi, 22.

1

PSJ

4

4

0

0

10-0

12

2

Real

4

2

1

1

9-5

7

3

Brügge

4

0

2

2

2-8

2

4

Qalatasaray

4

0

1

3

0-8

1

 

B qrupu

"Bavariya" (Almaniya) – "Olimpiakos" (Yunanıstan) 2:0
Qol: Levandovski, 69. Perişiç, 89.

"Srvena Zvezda" (Serbiya) – "Tottenhem" (İngiltərə) 0:4
Qol: Lo çelso, 34. Son, 57; 61. Eriksen, 85.

1

Bavariya

4

4

0

0

15-4

12

2

Tottenhem

4

2

1

1

13-9

7

3

Srvena Zvezda

4

1

0

3

3-13

3

4

Olimpiakos

4

0

1

3

5-10

1

 

C qrupu

"Dinamo" (Zaqreb, Xorvatiya) – "Şaxtyor" (Ukrayna) 3:3
Qol: Pektoviç, 25. İvanuşeç, 83. Ademi, 89 - Patrik, 13. Moraeş, 90+3. Tete, 90+7-pen.

"Atalanta" (İtaliya) – "Mançester Siti" (İngiltərə) 1:1
Qol: Paşaliç, 49 - Sterlinq, 7.

1

Mançester Siti

4

3

1

0

11-2

10

2

Şaxtyor

4

1

2

1

7-9

5

3

Dinamo

4

1

2

1

9-7

5

4

Atalanta

4

0

1

3

3-12

1

 

D qrupu

"Lokomotiv" (Rusiya) – "Yuventus" (İtaliya) 1:2
Qol: Mirançuk, 12 - Remzi, 4. D.Kosta, 90+3.

"Bayer" (Almaniya) – "Atletiko" (İspaniya) 2:1
Qol: Tomas, 41-öz qapısına. Volland, 55 - Morata, 90+4.

1

Yuventus

4

3

1

0

9-4

10

2

Atletiko

4

2

1

1

6-4

7

3

Lokomotiv

4

1

0

3

4-7

3

4

Bayer

4

1

0

3

3-7

1

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest