“Mançester Siti” Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Atalanta” ilə heç-heçəyə razılaşıb – 1:1. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, “şəhərlilər”in qapıçısı Klaudio Bravo turnirin tarixinə düşüb. 
 
Belə ki, fasilədə Edersonun yerinə oyuna daxil olan 36 yaşlı futbolçu, 81-ci dəqiqədə qırmızı vərəqə alıb. Bravo, ÇL tarixində oyuna sonradan girib, meydandan qovulan ilk qapıçı olub.
 
Bravonun əvəzinə “çərçivə”ni Kayl Uolker qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest