"Allaha şükür, bizim üçün əla qələbə oldu. Bu nəticədən sonra artıq gələcəyə baxırıq. İndi hər şey bizdən asılıdı. Çox çətin oyun oldu, ancaq biz bacardıq. Bu, kollektivdə hamının bir-birinə köməyi nəticəsində reallaşdı".

"Allaha şükür, bizim üçün əla qələbə oldu". Matc.az saytının məlumatına görə, bunu APOEL-in yarımmüdafiəçisi Musa el Tamari deyib.

Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"ı qəbul edən Kipr təmsilçisi 2:1 hesablı qələbə qazanaraq, qrup ikinciliyini ələ keçirib.

Oyunla bağlı fikirlərini bildirən iordaniyalı futbolçu artıq növbəti mərhələ şanslarının yüksək olduğunu söyləyib: "Bu nəticədən sonra artıq gələcəyə baxırıq. İndi hər şey bizdən asılıdı. çox çətin oyun oldu, ancaq biz bacardıq. Bu, kollektivdə hamının bir-birinə köməyi nəticəsində reallaşdı. 1/16 final mərhələsinə yüksəlmək üçün məhsuldarlığımızı daha da artırmalıyıq. Bundan ötrü çox çalışmalıyıq".

Qeyd edək ki, 4 turdan sonra APOEL-lə "Qarabağ"ın aktivində 4 xal olsa da, şəxsi oyunlara görə, Kipr təmsilçisi ikinci pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest