Çempionlar Liqasında qrup mərhələsinin IV turunun ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA-nın keçirdiyi səsvermədə azarkeşlər 4 namizəd arasında seçim edib.

Nəticədə "Real"ın hücumçusu Rodriqo turun ən yaxşısı seçilib. 18 yaşlı oyunçu "Qalatasaray"la qarşılaşmada het-trikə imza ataraq buna nail olub.

Rodriqo digər iddiaçılar Əşrəf Hakimi (“Borussiya”, Dortmund), Son Hun Min (“Tottenhem”) və Keylor Navası (PSJ) qabaqlamağı bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest