“Mançester Yunayted” Avropa Liqasının qrup mərhələsinin IV turunda “Partizan”ı məğlub edib – 3:0. Matc.az xəbər verir ki, sözügedən qarşılaşmada 90 dəqiqə forma geyinən “qırmızı şeytanlar”ın futbolçusu Meyson Qrinvud rekorda imza atıb.

Belə ki, o, “Partizan”la görüşdə 1 qol vurub, eyni sayda da məhsuldar ötürmə verib. İngilis hücumçu bununla “Mançester Yunayted”in avrokuboklarda qol vuran ən gənc futbolçusu olub.

Qrinvud “Partizan”la oyunda fərqlənən zaman 18 yaş 37 günlük idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest