04 İyul 2026, 14:41
FUTBOL
Fransa millisinin futbolçusu Orelien Tçuameni zədə səbəbindən Paraqvay yığmasına qarşı keçiriləcək dünya çempionatının 1/8 final oyununu buraxmalı olacaq.
Matc.az xəbər verir ki, bu barədə "RMC Sport" telekanalı məlumat yayıb.
Bildirilir ki, yarımmüdafiəçi cümə günü keçirilən məşq zamanı bud nahiyəsində narahatlıq hiss edib. Qeyd olunur ki, vəziyyət daha da pisləşməsə, Tçuameni 1/4 final görüşünə qədər bərpa oluna bilər.
Fransa və Paraqvay millilərinin qarşılaşması iyulun 5-nə keçən gecə baş tutacaq. Bu cütün qalibi 1/4 finalda iyulun 4-də üz-üzə gələcək Mərakeş və Kanada komandalarının duelinin güclüsü ilə qarşılaşacaq.













