"Arsenal"ın baş məşqçisi Unay Emeri sabiq kapitan Qranit Cakanın son durumu barədə məlumat verib. Matc.az saytı xəbər verir ki, çalışdırıcı yarımmüdafiəçinin psixoloji cəhətdən hələ hazır olmadığını söyləyib.

Emeri hətta İsveçrə millisinin üzvünün "topçular"da bir daha oynamayacağını da istisna etməyib: "Caka hələ oynamağa hazır deyil. Onunla söhbətim olub. Məşqlərdə çox çalışır, ancaq özünü yaxşı hiss etmədiyini dedi. Yekun qərarı mən verəcəm. çünki komandaya cavabdeh olan şəxs mənəm. Onun yenidən "Arsenal"da oynayıb-oynamayacağını bilmirəm. Komandaya kömək etmək və klubun rənglərini qorumaq istəyi varsa, bir həll yolu izah edəcək. Bizə onun səviyyəsində bir oyunçu lazımdı".

Qeyd edək ki, Caka azarkeşlərlə mübahisə etdiyi üçün kapitanlıqdan məhrum edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest